"Azərbaycanda hərbçilərin maaşlarının artırılması üçün büdcəyə təklif olunan əlavələrdə vəsait nəzərdə tutulur"

23.05.2011 | 556 dəfə oxunub

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində 2011-ci il dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsinin müzakirələri zamanı deputat Vahid Əhmədovun hərbçilərin maaşlarının artırılması ilə bağlı məsələ mübahisələrə səbəb olub.

"APA-ECONOMICS"in məlumatına görə, deputat V. Əhmədov cəbhə xəttində xidmət edən zabit və gizirlərin maaşlarının artırılması təklifi ilə çıxış edib: «Biz tez-tez cəbhə xəttində olur, hərbçilərlə görüşürük. Bu məsələni zabitlər dəfələrlə qaldırıblar. Niyə ağır şəraitdə, məhrumiyyətlər içində xidmət edən gənc leytenant və ya baş leytenant 250-300 manat, arxada, hüquq-mühafizə orqanlarında, yaxud gömrük orqanında xidmət edən zabitlər 600-1000 manat maaş almalıdır?»

V. Əhmədovun təklifinə reaksiya verən Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov deputatın gömrükçülərin maaşlarının yüksək olması fikrinə etiraz edib. M. Vahabov DGK-da baş idarə rəisinin 300 manat, inspektorlanın isə 190 manat maaş aldıqlarını, bu cür yanaşmanın ədalətsiz olduğunu vurğulayıb.

Deputat Cavid Qurbanov da ön xətdə xidmət edən hərbçilərin ağır şəraitdə yaşadıqlarını, onların maaşlarının artırılmasının zəruriliyini bildirib: "Burada mübahisə lazım deyil. Maaşların artırılması ilə bağlı qərarı Milli Məclis deyil, hökumət qəbul edir".

Maliyyə naziri Samir Şərifov isə deyib ki, zabitlərin əməkhaqlarının artırılması aktual məsələdir. Cəbhə xəttində xidmət edən hərbçilərin iş şəraitinin arxa cəbhədəkindən fərqli olduğunu deyən maliyyə naziri bu istiqamətdə müəyyən işlərin görüləcəyini deyib. Nazir hərbçilərin maaşlarının artırılması üçün büdcəyə təklif olunan əlavələrdə vəsaitin nəzərdə tutulduğunu vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin    



Çox oxunan xəbərlər

MÜƏLLİF YAZILARI
XƏBƏR LENTİ
01.09.2014
29.08.2014
28.08.2014
27.08.2014
26.08.2014
25.08.2014
16.08.2014
15.08.2014
14.08.2014
MÜSAHİBƏLƏR
“Üç azərbaycanlı hələ azdır...”
"Aqşin oğrudur, Seymur isə yazıçı deyil"
"Azad sahibkarlığın qarşısında duran maneələr aradan qaldırılmalıdır" - Müsahibə
“Ümummilli müqavimət hərəkatı yaratmağa ehtiyac var”
Xaçmazın Rusiya ilə sərhəd kəndləri kürdləşdirilir
AXTARIŞ